• İQTİSADİYYAT

    12:51 8 aprel 2019

Azərbaycanda kartof, soğan və kələmin satışında yarana biləcək çətinliklər aradan qaldırılacaq

Azərbaycanda kartof, soğan və kələmin məhsullarının satışında yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüləcək.

İqtisadiyyat Nazirliyindən ONA-ya verilən məlumata görə, son vaxtlarda daxili bazarda bu məhsulların qiymətlərində ciddi artım baş verib. Bununla əlaqədar, Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu ilin 30 aprelinədək, soğan və kələmin ixracına isə 31 may tarixinədək ixrac rüsumunun tətbiqinə başlanıb, habelə soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilib.

Atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR