• İQTİSADİYYAT

    12:12 31 may 2019

"KazMunayQaz" SOCAR-la birgə geoloji işlərin aparılmasını planlaşdırır

Qazaxıstanın "KazMunayQaz" şirkəti SOCAR-la birgə geoloji işlərin aparılmasını planlaşdırır.

ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "KazMunayQaz" şirkətinin geologiya və kəşfiyyat üzrə İdarə Heyətinin sədr müavini Kurmanqazi İskaziyev bildirib.

Onun sözlərinə görə, işlərin quruda və dənizdə, Qazaxıstanın və Azərbaycanın ərazisində aparılması nəzərdə tutulub. Geoloji işlərin aparılmasından sonra tərəflər ən perspektiv və iqtisadi səmərəli olan strukturları seçib orada birgə işləməsini aparacaq.

Bundan əlavə, K. İskaziyevin sözlərinə görə, Azərbaycan ərazisindən Qazaxıstan neftinin nəqli məsələsinə baxılır. Bu da Qazaxıstanda neft hasilatının yaxında artması ilə bağlıdır.

"Bu, bizə karbohidrogenlərin ixracını diversifikasiya etməyə imkan yaradacaq", - deyə K. İskaziyev əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan ərazisindən nəql edilə bilən Qazaxıstan neftinin həcmləri danışıqların nəticəsindən asılı olacaq: "Hər şey iqtisadi səmərəlilikdən və tariflərdən asılı olacaq".

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR