• İQTİSADİYYAT

    10:45 5 mart 2019

Keçən il büdcə daxilolmalarında Neft Fondunun çəkisi 48,7 faiz olub

Keçən il dövlət büdcəsinin gəlirləri 22 milyard 508 milyon manat və ya 101,6 faiz, dövlət büdcəsinin xərcləri 22 milyard 723,2 milyon manat və ya 98,4 faiz səviyyəsində icra olunub.

ONA-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Başqa sözlə, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 22 milyard 149 milyon manata qarşı icra 22 milyard 508,9 milyon manat və ya 101,6 faiz olub ki, bu da 2017-ci illə müqayisədə 5 milyard 992,2 milyon manat və ya 36,3 faiz çoxdur.

Sənəddə qeyd edilib ki, 2018-ci ilin dövlət büdcəsində 214,3 milyon manat kəsir yaranıb.

Keçən il büdcə daxilolmalarının 32,9 faizi Vergilər Nazirliyi, 15,3 faizi Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilib, 48,7 faizi isə Dövlət Neft Fondundan, 2 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 1,1 faizi isə sair mənbələrdən daxil olub.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR