"KOB evləri"ndə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkının (YTP) daimi biznes ofisi fəaliyyət göstərəcək.
YTP-dən ONA-ya verilən məlumata görə, qeyd olunan məsələ ötən həftə YTP-nin və Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliklərinin keçirdiyi görüş zamanı müzakirə mövzusu olub.
Görüşdə YTP ilə KOBİA arasında əməkdaşlıq əlaqələrinin qurulması araşdırılıb, o cümlədən YTP-nin vergi və gömrük güzəştlərindən istifadə etmək, məhsullarını dövlət əsaslı sifarişlə satmaq və startaplara sair xidmət göstərəcək biznes ofisinin və müvafiq əməkdaşının "KOB evləri"ndə təmsil olunması müzakirə olunub.
Eyni zamanda qeyd olunan görüşün nəticələri YTP-nin kollektivinə də çatdırılıb, "KOB evləri"ndə fəaliyyət göstərəcək təmsilçi əməkdaşın bilik və bacarıqlarının artırılmasının vacibliyi vurğulanıb.