• İQTİSADİYYAT

    13:13 6 may 2019

Bakıda KOB-ların maliyyələşdirilməsi mexanizmləri müzakirə olunub

Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında imzalanmış üçtərəfli Niyyət Sazişinin icrası çərçivəsində KOBİA-da görüş keçirilib.

KOBİA-dan ONA-ya verilən məlumata görə, görüşdə Agentlik, MBNP və ABA ilə yanaşı, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Asiya İnkişaf Bankı və “PwC Azərbaycan” şirkətinin nümayəndələri iştirak ediblər.

Asiya İnkişaf Bankının eksperti David Monkman tərəfindən maliyyələşmə mexanizmləri ilə bağlı təqdimat keçirilib, kiçik və orta biznesin (KOB) maliyyələşdirilməsi üçün dövlət maliyyə dəstəyi və özəl maliyyə-kredit təşkilatlarında tətbiq edilən mövcud mexanizmlərin effektivliyi, yeni innovativ və alternativ maliyyələşmə mexanizmlərinin yaradılması və dəstəklənməsi, bu sahədə KOB-ların bilik və bacarıqlarının gücləndirilməsi üçün maarifləndirmə tədbirlərinin keçirilməsi istiqamətində müzakirələr aparılıb.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR