• İQTİSADİYYAT

    12:11 11 mart 2019

KOBİA və ASK birgə layihələr həyata keçirəcək

Azərbaycan Resrublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Azərbaycan Sənaye Korrorasiyası”nın (ASK) təşkilatçılığı ilə Bakıda “Kiçik və orta biznesə dəstək: qeyri-neft sektorunda sənaye müəssisələrinin inkişafı” mövzusunda konfrans keçirilib.

ONA-nın məlumatına görə, tədbirdə KOBİA və ASK-nın nümayəndələri, eləcə də korporasiyada təmsil olunan müəssisələrin rəhbərləri iştirak ediblər.

Konfransda Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA-nın fəaliyyəti, hazırda kiçik və orta biznesə (KOB) dəstək məqsədilə tətbiq olunan mexanizmlər, nəzərdə tutulan layihələr, müvafiq sahədə qanunvericiliyə edilmiş dəyişikliklər barədə məlumat verib.

Tədbirdə ASK-da təmsil olunan müəssisələr fəaliyyətləri barədə danışıb, istehsal, satışın təşkili, ixrac, həmçinin kiçik və orta biznesə dəstək məqsədilə KOBİA və ASK-a arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi ararılıb, müəssisələri maraqlandıran suallar cavablandırılıb.

Konfrans çərçivəsində KOBİA və ASK arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və ASK-ın baş direktoru Kamran Nəbizadə imzalayıblar. Memoranduma əsasən, tərəflər birgə layihələrin həyata keçirilməsi, KOB-lara dəstək məqsədilə gənclərin sahibkarlığa cəlb edilməsinin təşviqi, innovativ təşəbbüslərin reallaşdırılması, KOB-ların maarifləndirilməsi, sahibkarların inkişafı üçün tələb olunan araşdırmaların ararılması və digər istiqamətlərdə əməkdaşlıq edəcəklər.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR