• İQTİSADİYYAT

    17:54 14 may 2019

KOBİA və KOSGEB arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Türkiyənin kiçik və orta sahibkarlığın inkişafı sahəsindəki geniş təcrübəsindən istifadə etmək məqsədilə bu ölkənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatı (KOSGEB) ilə əməkdaşlığı genişləndirəcəkdir.

KOBİA-dan ONA-ya verilən məlumata görə, bu gün Ankarada İqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun KOSGEB-in sədri Cəvahir Uzkurt ilə keçirilən görüşdə KOBİA-nın təşkilatın geniş təcrübəsindən yararlanmasına, hər iki ölkənin KOB subyektləri arasında əlaqələrin genişləndirilməsinə, bu sahədə birgə tədbir və layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb. Görüşdə həmçinin, KOBİA-nın və KOSGEB-in fəaliyyəti, sahibkarlara göstərdikləri xidmətlər və dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.

Görüşdən sonra KOBİA və KOSGEB arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Türkiyəyə səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin Sənaye və Texnologiyalar naziri Mustafa Varank və nazir müavini Çətin Əli Dönməz, Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK), Katılım Bankçılığı Birliyinin, “Türk Eximbank”ın nümayəndələri, İslam İnkişaf Bankının regional ofisinin rəhbərliyi ilə görüşüb, müvafiq sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR