• İQTİSADİYYAT

    10:36 5 sentyabr 2019

Konsorsium: TAP kəməri keçdiyi ölkələrə dərhal böyük fayda gətirəcək

Trans-Adriatik Qaz Boru Kəməri (TAP) onun əhatə edən regionda enerji təhlükəsizliyinin və diversifikasiyasının daha geniş şəkildə təmin edilməsi cəhətindən çox vacibdir. Bu barədə “APA-Economics” TAP konsorsiumuna istinadən xəbər verir.

Məlumata əsasən, qaz kəmərinin işə salınması ərazilərindən keçən ölkələrə (Yunanıstan, Albaniya və İtaliya) dərhal böyük fayda gətirəcək.

Bundan əlavə, qeyd olunub ki, TAP Avropada enerji daşıyıcıların hərəkətini asanlaşdıracaq əsas layihələrdəndir.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Gələcəkdə kəmərin ötürmə gücünü iki dəfə artırmaq mümkün olacaq. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR