• İQTİSADİYYAT

    16:14 24 may 2019

Korroziyaya qarşı ən davamlı və ən həssas avtomobil modelləri açıqlanıb

İsveçin Korroziya İnstitutunun mütəxəssisləri korroziyaya qarşı ən davamlı və həssas avtomobilləri müəyyən ediblər.

ONA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, xüsusilə, 2003-2005-ci illərdə istehsal edilən avtomobillər arasında korroziyaya qarşı ən yüksək davamlılığı "Audi A4", "Mercedes C-Class", "Volkswagen Golf" modellərində nümayiş olunub. 2004-2005-ci illərdə istehsal olunan avtomobil modellərindən isə "Nissan Micra", "Renault Megane", "Volvo 40-series", "Skoda Octavia", "Mitsubishi Carisma", "Opel Astra" və "Citroen C5" korroziyaya daha davamlı olduqları bildirilib.

Korroziyaya ən həssas avtomobillər arasında isə 2003-2005-ci illərin istehsalı olan "Mazda 6", "Ford Focus", "Ford Mondeo", "Kia Picanto", "Toyota Corolla", "Mercedes E-class", "Meredes A-class", "Volkswagen Passat" və digər avtomobil modelləri yer alıb.

Buna baxmayaraq, İsveçin Korroziya İnstitutunun mütəxəssisləri dünyada korroziyaya uğramayan avtomobillərin olmadığını da bildiriblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR