Laçın dəhlizinə alternativ yolla hərəkət bir həftəyə mümkün olacaq
  • İQTİSADİYYAT

  • 13:50 25 Avqust 2022

Laçın dəhlizinə alternativ yolla hərəkət bir həftəyə mümkün olacaq

Laçın şəhərinə daxil olmadan yeni alternativ yoldan istifadə yaxın 1 həftə ərzində mümkün olacaq.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, Agentlik ölkə başçısının tapşırığına əsasən, verdiyi vədə vaxtından əvvəl əməl edib və alternativ yolun Azərbaycan ərazisindən keçən 22 km-lik hissəsi artıq hazırdır: “Məlumdur ki, əvvəllər Ermənistandan Xankəndinə gedən avtomobil yolu Laçın şəhərinin mərkəzindən keçirdi. Ölkə başçısının göstərişi və tapşırığı ilə qısa müddətdə, 10 ay ərzində yolun Azərbaycan ərazisinə düşən 22 km-lik hissəsi yol çəkildi. Yolun 10 km-i isə Ermənistan ərazisinə düşür.

Agentlik ölkə başçısının tapşırığına əsasən, 2022-ci ilin 15 avqust tarixində alternativ yolun Azərbaycan ərazisindən keçən hissəsini istifadəyə verib. Ermənistan tərəfi 10 km yolu hələ də başa çatdırmadığı üçün biz Qarabağda yaşayan erməni icmasının xahişi ilə 4,8 km-lik birləşdirici yolun da çəkilişini həyata keçirmişik”.

Saleh Məmmədov onu da deyib ki, bu gün işğaldan azad olunmuş ərazilərdə yol çəkilişlərində beş Türkiyə şirkəti və AAYDA-nın öz təsərrüfatları iştirak edir.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR