• İQTİSADİYYAT

    15:47 14 fevral 2022

Laçının Minkənd kəndinə yeni elektrik xətti çəkilir

"Güləbird" yarımstansiyadan Laçın dəhlizindən keçməklə Laçının Minkənd kəndinə 35 kilovoltluq yeni elektrik xətti çəkilir.

Bunu "APA-Economics"ə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə aparılan işlər yekunlaşmaq üzrədir.

""Azərişıq" "Güləbird" yarımstansiyadan Laçının Minkənd kəndinə 35 kilovoltluq yeni xətt çəkir. Elektrik xətti Laçın dəhlizindən keçir. Hazırda bu istiqamətdə aparılan işlər yekunlaşmaq üzrədir. İşlərin artıq 75%-i yerinə yetirilib", - deyə V. Mustafayev qeyd edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR