• İQTİSADİYYAT

    17:25 8 mart 2023

Latviya şirkətləri azad olunmuş ərazilərə dəvət edilib

Azərbaycanda 16-ya qədər Latviya şirkəti fəaliyyət göstərir.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib.

O bildirib ki, bu şirkətlərin əksəriyyəti nəqliyyat sahəsində fəaliyyət göstərir: “Azərbaycan da Latviyaya investisiya qoyub. Bu investisiyanın həcmi 166 milyon dollardır”.

O əlavə edib ki, Azərbaycan tərəfi Latviya şirkətlərinin də azad olunmuş ərazilərdə işləməsini görməyə şad olardı.

Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin baş direktoru Kaspars Rozkains isə bildirib ki, Azərbaycan şirkətləri ilə əməkdaşlıq qurmaq, birgə məhsullar istehsal etmək və Avropa bazarına çıxarmaq istəyirlər: “Bizim şirkətlərimizin bununla bağlı potensialı var”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR