Əmanətlərin Sığortalanması Fondu ləğvetməsində olan banklarda vaxtı ötən kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələri qəbul edir.
Fonddan ONA-ya verilən məlumata görə, ləğv prosesində olan QSC “Bank Standard” KB, “Texnikabank” ASC, "Dəmirbank" ASC, "Dekabank" ASC, "Yunayted Kredit Bank" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Kredobank" ASC, "Atrabank" ASC, "Zaminbank” ASC, "Bank of Azerbaijan" ASC, "Royalbank" ASC, "Gəncəbank" ASC, “Azərbaycan Kredit Bankı” ASC, “Evrobank” ASC, “Birlikbank” ASC, “Debütbank” ASC və "Borçalı" KB-nin müştəriləri ləğv prosesində olan “Dəmirbank” ASC-nin Bakı şəhəri, Qarabağ küçəsi, 31, ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına vaxtı otən kredit borclarının restrukturizasiyası ilə bağlı müraciət edə bilərlər.