Lənkəran Dövlət Universitetinin nəzdində “Barama” innovasiya və sahibkarlıq mərkəzi açılıb. Bunu ONA-ya mərkəzinin rəhbəri İmran Bağırov deyib.
Onun sözlərinə görə, mərkəz əsasən aqrar texnologiyalar sahəsinə fokuslanacaq.
“Ümumiyyətlə, düşünürük, buranı Lənkəranın “Silikon vadisinə” çevirək və bütün tərəfdaşlarımızı burada birlikdə işləməyə dəvət edirik. Hazırda bu mərkəzə 2 tədris şirkəti cəlb olunub, hansılar ki, proqramçıların yetişdirilməsi ilə məşğul olacaqlar. Bundan başqa, mərkəzin nəzdində əlavə olaraq texnoloji laboratoriyalar da açılacaq”, - deyə İ. Bağırov bildirib.
Qeyd edək ki, hazırda “Barama” innovasiya və sahibkarlıq mərkəzinin ofisləri mərkəzin baş ofisi daxil olmaqla, Bakı Dövlət Universitetində, Gəncə Azərbaycan Texnologiya Universitetində və “Azerbaijan British College” təhsil kompleksində fəaliyyət göstərir.
Mərkəzinin rəhbəri həmçinin bildirib ki, ümumilikdə “Barama” innovasiya və sahibkarlıq mərkəzlərinin yaradılmasına bu günədək təxminən 3 mln. manat vəsait yatırılıb.