• İQTİSADİYYAT

    15:52 17 may 2019

Londonda Böyük Britaniya-Azərbaycan hökumətlərarası komissiyanın iclası keçiriləcək

Londonda Azərbaycanla Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın üçüncü iclası keçiriləcək.

ONA-nın London bürosunun verdiyi xəbərə görə, mayın 22-də baş tutacaq iclasa Energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın Ticarət Siyasəti üzrə naziri Corc Hollinqberi sədrlik edəcək. Digər altı azərbaycanlı nazir müavini də 25 nəfərlik heyətlə birlikdə iclasa qatılacaq.

Qeyd edək ki, Hökumətlərarası Komissiyanın ilk iclası 2016-cı ilin fevralında, ikinci iclası isə 2017-ci ilin dekabrında keçirilib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR