Sergey Koçkurov Rusiyanın "Lukoil" şirkətinin prezidentinin müavini və "Lukoil-Qərbi-Sibir”in direktoru vəzifəsindən azad edilərək "Lukoil"in istehsalat xidməti üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.
Daha əvvəl "Lukoil" şirkətinin törəmə müəssəsi olan "Lukoil-Qərb Sibir" MMC-nin baş direktorunun birinci müavini və baş mühəndisi vəzifəsini icra edən Vladislav Zubaryov isə şirkətin direktoru vəzifəsinə təyin edilib.