• İQTİSADİYYAT

    15:26 27 mart 2019

"Lukoil" Hyustondakı törəmə müəssisəsini bağlayır

"Lukoil" Hyustonda yerləşən "LUKOIL International Upstream West Inc." törəmə müəssisəsini bağlamaq niyyətindədir.

ONA-nın mətbuatına görə, bunu "Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.

Bu addım qrupun müəssisələrinin idarəetmə səmərəliliyini artırmaq üçün atılır.

V.Ələkbərovun sözlərinə görə, bəzi əməkdaşlar Meksikadakı ofisdə, digər hissəsi isə "Lukoil-Engineering" şirkətində çalışacaq. Artıq bu ilin mayın 1-dək Texas ştatında çalışan işçilərin sayı yeddi nəfərə endirilməlidir.

Emil

Teqlər:

SON XƏBƏRLƏR