• İQTİSADİYYAT

    15:58 16 may 2019

"Lukoil" nizamnamə kapitalını azaltmaq niyyətindədir

Bu gün Rusiyanın “Lukoil” şirkətinin Direktorlar Şurasının iclası keçirilib. İclasda 2019-cı ilin iyunun 20-də şirkətin Moskvada səhmdarlarının ümumi yığıncağının təşkil edilməsi ilə bağlı qərar qəbul olunub.

ONA-nın “Lukoil”ə istinadən verdiyi məlumata görə, səhmdarların yığıncağının gündəliyinə doqquz məsələ daxil edilib ki, onlardan biri səhmlərin ümumi sayının azaldılması məqsədilə yerləşdirilmiş səhmlərin əldə olunması yolu ilə şirkətin nizamnamə kapitalının azaldılmasıdır. Bu məsələ ilə bağlı qərar qəbul edilsə, “Lukoil Securities Ltd” şirkəti “Lukoil”in onda olan səhmlərinin satışını elan edəcək.

Bundan başqa, iclas çərçivəsində şirkətin Direktorlar Şurası 2018-ci il üzrə illik hesabatı təsdiqləyib ki, sözügedən sənəd səhmdarlara təqdim olunacaq. Eyni zamanda iclasda 2018-ci ildə “Lukoil” tərəfindən bağlanan əqdlər üzrə hesabat da təsdiqlənib.

Qeyd edək ki, “Lukoil” şirkəti Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir. Şirkət “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrinin hər birində 10% paya malikdir. Bundan başqa, ölkədə pərakəndə yanacaq bazarında iştirak edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR