• İQTİSADİYYAT

    15:11 29 mart 2019

Macarıstan “Cənub Qaz Dəhlizi" layihəsinə maraq göstərir

Macarıstan gələcəkdə “Cənub Qaz Dəhlizi" layihəsində iştirakda maraqlıdır. Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Syarton Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşü zamanı bildirib.

ONA-nın Azərbaycan Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, Moskvada “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forum çərçivəsində baş tutmuş görüşdə enerji sahəsində ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə edildiyini xatırladıb və bu səfərin isə yeni imkanlar yaratdığını qeyd edib.

Macarıstanın enerji təchizatının mövcud vəziyyəti, qaza olan tələbatı barədə məlumat verən Peter Syarto qaz bazarının diversifikasiyası ilə bağlı planlardan danışıb. Macarıstanın gələcəkdə “Cənub Qaz Dəhlizi" layihəsində iştirakda maraqlı olduğunu qeyd edib.

Görüşdə “Cənub Qaz Dəhlizi”-nin icra vəziyyəti, genişləndirilmə perspektivləri, növbəti mərhələdə ötürücülük qabiliyyətinin artırılması imkanları və işlənmədə olan qaz yataqları barədə məlumatlar diqqətə çatdırılıb.

Enerji sahəsində əməkdaşlığın inkişafı məqsədilə Hökumətlərarası Komissiya çərçivəsində müvafiq işçi qrupunun yaradılması təklif edilib.

Söhbət zamanı Azərbaycanla Macarıstan arasında əməkdaşlığın digər istiqamətləri, eləcə də regional enerji təhlükəsizliyi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Emil

Teqlər:

SON XƏBƏRLƏR