• İQTİSADİYYAT

    10:44 9 aprel 2019

"Maersk Explorer" qazma qurğusu təmirdən sonra Xəzərə göndərilib

"Maersk Explorer" üzən qazma qurğusu (ÜQQ) təmirdən sonra Bakı Gəmiqayırma Zavodundunu tərk edib.

ONA-nın etibarlı mənbəyə istinadən verdiyi məlumata görə, ÜQQ-də bütün təmir işləri bitmiş və qurğu Xəzər dənizində qazma əməliyyatlarını davam etdirmək üçün zavod ərazisini tərk edib: “Üzən qurğu zavodun ərazisini tərk edib”.

Qurğuda planlaşdırılmış təmir işləri 45 gün davam edib.

Qeyd edək ki, "Maersk Explorer" Azərbaycanın "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" kimi böyük dəniz yataqlarının işlənilməsində istifadə olunur.

Emil

Teqlər:

SON XƏBƏRLƏR