Danimarkanın "Maersk" şirkəti tərəfindən idarə olunan "Maersk Explorer" üzən qazma qurğusu (ÜQQ), planlaşdırılmış təmirdən sonra Xəzər dənizində işlərini davam etdirəcək. ONA-nın etibarlı mənbəyə istinadən verdiyi məlumata görə, hazırda qazma qurğusu Bakı Gəmiqayırma Zavodundadır. Burada onun üzərində planlaşdırılmış təmir işləri aparılır. Lakin, yaxın vaxta ÜQQ zavodu tərk edəcək və Xəzər dənizində qazma əməliyyatlarını davam etdirəcək.
Qeyd edək ki, "Maersk Explorer" Azərbaycanın "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" kimi böyük dəniz yataqlarının işlənilməsində istifadə olunur.
"Qurğunun aprel ayının əvvəlində zavodu tərk edəcəyi gözlənilir, əlbəttə ki, kiçik gecikmələr də ola bilər, lakin ümumiyyətlə, göndərmə planı bu vaxta müəyyən olunub", - deyə mənbə bildirib.
Qurğuda planlaşdırılmış təmir işlərinin aparılması cədvəli 45 günü əhatə edir.