• İQTİSADİYYAT

    17:57 11 mart 2019

Maliyyə Bazarlarına Nəzarət Palatası bank işçiləri üçün seminar keçirib

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) “Sparkassenstiftung für internationale Kooperation” ilə birgə Bakıda təlimçi-ekspert İrina Friedemannın təqdimatında “Risklərin idarə edilməsinin təşkilati strukturu” mövzusunda seminar keçirib.

Palatadan ONA-ya verilən məlumata görə, seminar çərçivəsində risklərin idarə edilməsi üzrə beynəlxalq təcrübə,optimal strukturun seçilməsi, risklərin idarə edilməsi sisteminin effektiv qurulması məsələləri ilə bağlı mövzular müzakirə olunub. Təcrübə və diskussiyalarla zəngin olan seminarda 25 bankın nümayəndələri və Palata əməkdaşları iştirak edib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR