• İQTİSADİYYAT

    10:57 27 mart 2019

MBNP: "Problemli kreditlərin həll mexanizmilə bağlı məlumat yaxın günlərdə açıqlanacaq"

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bayram günlərində də çalışıb. ONA-nın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Novruz bayramı günlərində də Palata bütün heyət ilə işləyib. Hazırda da MBNP-də problemli kreditlərin ödənilməsi mexanizmilərinin tətbiqi üsulları ilə bağlı gücləndirilmiş rejimdə işlər aparılır. Yaxın günlərdə problemli kreditlərin həll mexanizmi ilə bağlı rəsmi məlumat açıqlanacaq.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR