Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0104004749 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən ONA-ya verilən məlumata görə, hərrac zamanı 18 investor tərəfindən qiyməti intervalı 90,9544 AZN (10,0000%) və 93,4100 AZN (7,0937%) olan 28 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 92,4768 AZN (8,1800%), orta ölçülmüş qiyməti 93,0444 AZN (7,5167%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 83 441 300 AZN, yerləşdirilmiş həcmi isə 25 mln. manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 14 aprel 2020-ci ildir.
Hərrac iştirakçıları 17 aprel 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.