Avqustun 20-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0104008740 ISIN-li, 30 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı 10 investor tərəfindən qiyməti intervalı 92.6302 manat (8%) və 94.3866 manat (5,98%) olan 21 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.9281 manat (6,5%), orta ölçülmüş qiyməti 93.9844 manat (6,43 %) müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 94 869 400.00 manat yerləşdirilən həcmi isə 30 mln. manat təşkil edib.
Hərrac iştirakçıları 21 avqust 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.