• İQTİSADİYYAT

    17:32 9 aprel 2019

BFB-də Maliyyə Nazirliyinin 20 mln. manatlıq istiqrazları yerləşdirilib

Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105006750 ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

ONA BFB-yə istinadən xəbər verir ki, hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 97,2374 AZN (9.55%) və 101,0231 AZN (7,44%) olan 11 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98,3837 AZN (8,9%), orta ölçülmüş qiyməti 99,8579 AZN (8,0783%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 29 066 600 AZN yerləşdirilmiş həcmi isə 20 mln. AZN təşkil edilib. İstiqrazların ödəmə tarixi 06.04.2021-ci il. Hərrac iştirakçıları 10 aprel 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR