Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində problemli kreditlərlə bağlı vətəndaşların müraciəti üçün xüsusi bölmə yaradılıb.
ONA-nın xəbərinə görə, bölmədə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanla əlaqədar vətəndaşlar tərəfindən tez-tez verilən suallara cavab tapmaq, eləcə də yeni sual ünvanlamaq mümkündür.
Həmçinin bölmədə fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar güzəşt kalkulyatoru da fəaliyyət göstərir.