• İQTİSADİYYAT

    15:26 16 may 2019

Mamuka Baxtadze: "Bir kəmər, Bir yol" layihəsi bölgə üçün böyük önəm daşıyır"

“Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın inkişaf etdirdiyi Orta Dəhliz qədim İpək Yolunun canlandırılmasının ayrılmaz tərkib hissəsidir”. ONA-nın Gürcüstan bürosunun verdiyi məlumata görə, bu sözləri Gürcüstan Baş naziri Mamuka Baxtadze Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən iqtisadi forumda deyib. Bildirib ki, Gürcüstanın yerləşdiyi region beynəlxalq ticarət üçün təbii körpü rolunu oynayır və "Bir kəmər, Bir yol" layihəsi bölgənin logistik potensialının istifadəsi baxımından böyük önəm daşıyır.

Səid

Teqlər:

SON XƏBƏRLƏR