• İQTİSADİYYAT

    18:31 5 aprel 2019

Azərbaycanda kommersiya banklarının xalis xarici aktivləri 12% artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı hesabata görə, ölkədə olan kommersiya banklarının xalis xarici aktivləri mart ayının 1-nə 5 219,7 mln. təşkil edib. ONA xəbər verir ki, bu göstərici cari ilin fevralın 1-nə olan göstərici ilə müqayisədə 12% və ya 6,623 mln. manat çoxdur.

Həmçinin manatda olan depozitlərdə də artım qeydə alınıb. Belə ki, cari ilin fevralın 1-nə manatda depozitlər 6 652,2 mln. manat olduğu halda mart ayının 1-nə bu göstərici 3,967 mln. manat və ya 5,6% artaraq 7 049,0 mln. manata çatıb.

Xarici valyutada olan depozitlər isə fevralın 1-nə 9 699,8 mln. manat olduğu halda, martın 1-nə bu göstərici 4,7% və ya 4,527 mln. manat artaraq 10 152,5 mln. manat təşkil edib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR