Azərbaycan manatının real effektiv məzənnəsi artıb.
ONA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu il aprelin 1-nə manatın real effektiv məzənnəsi 99,4 bənd təşkil edib. Bu, aylıq müqayisədə 0,3 bənd çox, ilin əvvəli ilə müqayisədə isə 0,1 bənd azdır.