• İQTİSADİYYAT

    18:13 19 mart 2019

Azərbaycanda mart üzrə bütün pensiyaların ödənişi tam başa çatdırılıb

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaçıların maraqlarına uyğun olaraq, onların mart ayı üzrə pensiyalarının qrafikdən əvvəl, Novruz bayramına qədər ödənişini tam təmin edib.

Nazirlikdən ONA-ya verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondu tərəfindən maliyyələşdirmə işləri artıq yekunlaşıb. Eyni zamanda, dövlət başçısının humanist təşəbbüsü əsasında qəbul olunan qanunla əmək pensiyasının minimum məbləği 38,5% artırılaraq mart ayının 1-dən 160 manata çatdırılıb. Bu artım 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan vətəndaşı) əhatə edir ki, həmin insanların da pensiyalarının məbləği yeni artımla birgə onların hesablarına köçürülüb.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR