• İQTİSADİYYAT

    13:39 1 aprel 2019

Martda AQTA-ya qida zəhərlənmələri ilə bağlı 28 müraciət daxil olub

Qida zəhərlənmələri ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) 28 müraciət daxil olub, onlardan 11-i öz təsdiqini tapıb.

Agentlikdən ONA-ya verilən məlumata görə, 2019-cu ilin mart ayı ərzində AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1 316 müraciət daxil olub.

Daxil olan müraciətlərdən 257-si sertifikatlaşdırma və qeydiyyat, 319-u idxal-ixrac əməliyyatları, 96-sı istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 112-si işə qəbulla, 504-ü isə digər xarakterli müraciətlər olub.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR