• İQTİSADİYYAT

    12:02 8 aprel 2019

DGK xətti ilə büdcə daxilolmaları martda 24% artıb

Bu ilin mart ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 348 391,7 min manat məbləğində vergi və rüsum daxil olub ki, bu da 2018-ci ilin müvafiq ayı ilə müqayisədə 23,9% çoxdur.

ONA-nın DGK-yə istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4 246,3 min manat və yaxud 5,7% artaraq 78 669,9 min manat olub.

ƏDV üzrə daxilolmaların həcmi 218 165,1 manat təşkil edib ki, bu da 2018-ci ilin mart ayı ilə müqayisədə 28 409,4 min manat və ya 15% çoxdur. Aksizlər üzrə büdcə daxilolmaları martda 48 162,3 min manat təşkil edib, bu da ötən ilin mart ayı ilə müqayisədə 3,4 dəfə çoxdur.

Bundan başqa, 2019-cu ilin martında yol vergisi üzrə daxilolmalar 3 394,4 min manat təşkil edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 20,4% və ya 574,9 min manat çoxdur.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR