• İQTİSADİYYAT

    20:24 24 mart 2020

Martın sonunadək Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq

Martın sonunadək, təqribən 1 həftəyə Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, müəssisənin gündəlik maksimal istehsal gücü 200 min maskadır: “Son 1 ayda Azərbaycanda ən çox maska satılan gün 200 - 210 min ədəd olub. Odur ki, gündəlik 200 min maska istehsalı tələbatı ödənəcək”.

İ.Məmmədov əlavə edib ki, paralel olaraq idxal və depolarda ehtiyatlar da var.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR