• İQTİSADİYYAT

    11:23 11 aprel 2019

Masallıda sahibkarlara güzəştli kreditlər verilib

Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və güzəştli kreditlərin verilməsi məqsədilə Masallı rayonunda işgüzar forum keçirib.

ONA-nın Cənub bürosunun verdiyi məlumata görə, Masallı Sənaye Məhəlləsində keçirilən forumda rayonun iqtisadi potensialına uyğun olaraq çayçılıq, bağçılıq, cins heyvandarlıq, istixana təsərrüfatlarının, ixtisaslaşdırılmış "yaşıl market" və soyuducu anbar komplekslərinin, çay emalı, plastik qablar, polietilen paketlər, sabun istehsalı müəssisələrinin və xalça fabrikinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara metodiki materiallar təqdim olunub. İşgüzar forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlıq İnkişafı Fondunun idarə heyətinin sədr müavini Samir Hümbətov bildirib ki, forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 31 sahibkara 719 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, quşçuluq, əkinçilik, çörək istehsalı, turizm və digər sahələrin inkişafına yönəldiləcək.

İşgüzar forum çərçivəsində Masallıda dövlətin güzəştli krediti ayrılan 100 hektar sahədə çay plantasiyasına və çəltik emalı müəssisəsinə baxış keçirilib. Ümumilikdə çayçılığın inkişafı ilə bağlı indiyədək 14 investisiya layihəsinin maliyyələşdirilməsinə 10,3 mln. manat güzəştli kredit verilib.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR