Masallıda yol tikintisi üçün 6,8 milyon manat ayrılıb - [color=red]SƏRƏNCAM[/color]
  • İQTİSADİYYAT

  • 17:01 16 Aprel 2019

Masallıda yol tikintisi üçün 6,8 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Masallı rayonunun Masallı–Köhnə Alvadı–Təzə Alvadı–Güllütəpə–Əmirtürbə–Yeni Zuvand avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

ONA-nın xəbərinə görə, sərəncama əsasən, 38 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Masallı–Köhnə Alvadı–Təzə Alvadı–Güllütəpə–Əmirtürbə–Yeni Zuvand avtomobil yolunun tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. 

 

Gülşən Hacıyeva

Teqlər: sərəncam İlham Əliyev bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR