Bu ilin may ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 16,5 mln. ABŞ dolları olub.
ONA-nın xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.
Onun sözlərinə görə, 2019-cu ilin yanvar-may ayları ərzində 47,9 mln. dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib.
"Ümumilikdə 2017-ci ilin yanvar ayından 2019-cu ilin 30 aprel tarixinədək “Azexport.az” portalına dünyanın 129 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 218 mln. dollar təşkil edib", - deyə R. Hüseyn qeyd edib.