Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “AXA MBASK” Sığorta Şirkəti ASC-nin lisenziyasının qüvvəsini məhdudlaşdırıb.
ONA-nın Palataya istinadən verdiyi məlumata görə, “AXA MBASK”ın müraciəti əsasında Palatanın İdarə Heyətinin eyni tarixli qərarı ilə Qanunun 105.1.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə müvafiq olaraq “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə “AXA MBASK” Sığorta Şirkəti ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi məhdudlaşdırılıb.