• İQTİSADİYYAT

    12:29 21 may 2019

MBNP: Azərbaycan qiymətli kağızlar bazarında alət çeşidi artırılacaq

Azərbaycan qiymətli kağızlar bazarında gəlirlik yaradan aktivlərin likvid qiymətli kağızlara transformasiyasını təmin edən sekyuritizasiya fəaliyyəti haqqında qanun layihəsi hazırlanır. Bunu ONA-ya Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) kapital bazarına və digər maliyyə vasitəsinə nəzarət departamentinin direktor vəzifəsini icra edən Samir İsmayılov deyib.

Onun sözlərinə görə, qanun layihəsi qəbul olduqdan sonra bazarda alət çeşidlinin artımı müşahidə olunacaq.

“Bundan əlavə, Azərbaycan Dünya Bankı ilə birlikdə dövlət qiymətli kağızlar bazarının inkişafı layihəsinə start verib. Dövlət qiymətli kağızları, bildiyiniz kimi, korporativ qiymətli kağızlar üçün “benchmark” (etalon) rolunu oynayır. Dövlət qiymətli kağızlarının inkişafı korporativ qiymətli kağızların inkişafına dəstək olub. Bununla bağlı artıq böyük bir layihəyə start verilib və işlər aparılmaqdadır. Dövlət qiymətli kağızlar bazarının həcminin artırılması ilə biz dövlət borclanmasının əsasən kapital bazarları vasitəsilə həyata keçirilməsinə nail olacağıq”, - deyə S. İsmayılov bildirib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR