"Bu ilin birinci rübündə banklarımız 120 milyon manata yaxın kapital inyeksiyası həyata keçirib".
ONA-nın məlumatına görə, bunu bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov "Maliyyə və Texnologiyalar Samiti"ndə ("Fintex Summit")bildirib.
İ. Alışov deyib ki, Hesablama Palatasının fəaliyyəti dövründə bak sektorunda 1,8 milyard manatda çox kapital inyeksiyası həyata keçirilib: "Bu, bank sektorunun bir daha davamlığının təcəssümüdür. Təsadüfi deyil ki, "Moody’s" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin kapital dayanıqlığını regionda ən dayanıqlı sektor kimi xarakterizə edib. Bir faktı nəzərə çatdırım. Mövcud hadisələrdən sonra hələ Azərbaycanda bank sektorunda kapital adekvatlılığı 20%-in üzərində olmayıb. Sevindirici haldır ki, bu gün bank sektorumuzun kapital adekvatlığı 20,2%-dir. Bu, bir daha bizə bank sektorunun dayanıqlı olduğunu deməyə əsas yaradır".