Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2018-ci ilin yekunlarına görə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) uyğun illik maliyyə hesabatlarının audit olunmasına dair tenderin qalibini açıqlayıb.
Palatadan ONA-ya verilən məlumata görə, tenderin qalibi “PricewaterhouseCoopers Audit Azerbaijan” MMC ("PwC Azerbaijan") elan olunub.
Qeyd edək ki, sözügedən şirkət 25 960 manat məbləği ilə tenderdə qalib gəlib. Satınalma müqaviləsi mart ayının 27-də imzalanıb.