• İQTİSADİYYAT

    16:28 16 may 2019

MBNP məsafədən bank hesablarının açılmasına dair təklifin detallarını açıqlayıb

Bir bankda hesabı olanlar ikinci bank hesabını hər hansı məhdudiyyət qoyulmadan aça biləcək.

ONA-nın məlumatına görə, bunu “Maliyyə və Texnologiyalar Sammiti”ndə (“Fintex Summit”) “Bank hesablarının məsafədən açılması” mövzusunda çıxışı edən Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Ödəniş sistemlərinə nəzarət sektorunun müdiri Tamerlan Rüstəmov bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə müştəri tələb olunan ilkin məlumatları, o cümlədən şəxsiyyəti təsdiq edən sənəd məlumatlarını banka təqdim edir.

T. Rüstəmov deyib ki, bu mərhələdən sonra bank təqim edilən məlumatlar əsasında müvafiq qiymətləndirmə aparır: “Əgər müştəri ilə birgə əməkdaşlıqda maraqlıdırsa, şəxsiyyəti təsdiq edən sənəd məlumatları təyinatlı informasiya resursuna ötürülür. Müvafiq cavab alındıqdan, yəni müştəri tərəfindən təqdim olunmuş məlumatların doğruluğu yoxlandıqdan sonra bank tərəfindən ilkin araşdırma aparılır. Bank ya müştəriyə imtina cavabı verə, yaxud videogörüntü ilə dəvət edə bilər”.

Palatanın sektor müdiri qeyd edib ki, digər yol gücləndirilmiş elektron imza və vieogörüntü ilə bank hesabının açılmasıdır: “Bu halda açılacaq bank hesabına hər hansı əməliyyat məbləği limiti müəyyən edilməyib. Gücləndirilmiş elektron imza ilə müştəri öz məlumatlarını banka təqdim edə və videogörüntü əsasında bank yekun qərarını müştəriyə bildirir”.

T. Rüstəmov nəzərə çatdırıb ki, bankda hesabı olan fiziki şəxsin məsafədən hesab açması zamanı hər hansı eyniləşdirmə tələbləri tətbiq edilmir: “Bu, o deməkdir ki, artıq bir bankda hesabınız varsa, rahat formada ikinci bak hesabını hər hansı məhdudiyyət qoyulmadan açaraq istifadə edə bilərsiniz”.

MBNP-nin rəsmisi bildirib ki, hüquqi şəxslərə münasibətdə gücləndirilmiş elektron imza və videogörüntü ilə hüquqi şəxslərə bank hesabı açılsın: “Qeyri-rezident hüquqi və fiziki şəxslərə də münasibətdə eyni yanaşma gücləndirilmiş elektron imza və videogörüntü ilə bank hesabının açılması nəzərdə tutulub. Ümumilikdə bu prosedur Palata tərəfindən təklif kimi irəli sürülür. Ümid edirik ki, bu təkliflər qısa zamanda qüvvəyə mindikdən sonra hər birimizə bank xidmətlərindən rəqəmsal müstəvidə istifadə etməyə imkan verəcək”.

T. Rüstəmov nəzərə çatdırıb ki, Azərbaycanda bank sistemi üçün məsafədən hesabların açılması ilkin addımdır: “Hazırkı təqdim olunun ilkin həll variantında sosial şəbəkə üzərindən müştərinin eyniləşdirilməsi nəzərə tutulmayıb. Bu məsələ həm cari müzakirələrin mövzusudur, həm də məntiqi nəticəyə gəldikdən sonra, növbəti inkişaf mərhələsində baxıla bilər. Etiraf edək ki, rəqəmsal texnologiyanın tətbiqi qarşısıalınmaz risklərin meydana gəlməsinə səbəb ola bilər”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR