• İQTİSADİYYAT

    13:30 21 may 2019

MBNP qiymətli kağızlar bazarında şəffaflığı artırmaq məqsədilə yeni platforma yaradıb

Azərbaycanda qiymətli kağızlar bazarında şəffaflığı artırmaq məqsədilə MEAS (Məlumatların Elektron Açıqlanması Sistemi) platforması yaradılıb. Bunu ONA-ya Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) kapital bazarına və digər maliyyə vasitəsinə nəzarət departamentinin direktor vəzifəsini icra edən Samir İsmayılov deyib.

Onun sözlərinə görə, qiymətli kağızları kütləvi təklif edən emitentlər MEAS platformasında öz maliyyə hesabatlılıqlarını, emissiya prospektlərini, insayder əqdlərini və digər məlumatlarını açıqlamaq imkanı əldə edirlər və bu platforma ödənişsiz əsasda ictimaiyyətə təqdim olunur.

“MBNP investorların bazarda iştirakını stimullaşdırmaq üçün, kapital bazarlarının infrastrukturu üzərində işlər aparır. Biz artıq qiymətli kağızlar bazarında yeni klirinq və hesablaşma modelinin tətbiqi, eynilə xarici investorların bazarda iştirakını təmin edən infrastrukturun yaradılması üzrə də böyük layihələr icra etməkdəyik və yaxın müddətdə onlar barədə ictimaiyyət məlumatlandırılacaq”, - deyə Samir İsmayılov bildirib.

MBNP-nin məhsul şəxsi həmçinin qeyd edib ki, hazırda Azərbaycan qiymətli kağızlar bazarının inkişafı ticarət dövriyyəsinin həcmində də müşahidə olunur.

“Belə ki, 2018-ci ilin sonuna qiymətli kağızlar bazarında ticarət dövriyyəsinin həcmi 26 milyard manata yaxınlaşıb. Bu da Azərbaycanda rekord göstərici sayılır. Ümumiyyətlə qiymətli kağızlar bazarında ən çox artımı biz Dövlət qiymətli kağızlar bazarında müşahidə etdik. Eynilə repo bazarında da çox ciddi artımlar müşahidə olundu. Bu da onu göstərir ki, bizim investorlar, institusional şəxslər, baklar, sığorta şirkətləri və digərlər artıq kapital bazarlarında daha çox iştirak edirlər, kapital bazarlarına daha çox maliyyələşməyə meyl edirlər və qısamüddətli likvidliklərini repo bazar əməliyyatları vasitəsilə icra etməkdədirlər”, - deyə Samir İsmayılov bildirib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR