Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təşkilatçılığı ilə mayın 27-də Bakıda “Azərbaycan kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi – inkişaf perspektivləri” mövzusunda tədbir keçiriləcək.
ONA-nın MBNP-yə istinadən verdiyi məlumata görə, sözügedən tədbirdə Palata ilə dünyanın qabaqcıl beynəlxalq banklarından biri olan “Raiffeisen Bank International” arasında anlaşma memorandumunun imzalanması nəzərdə tutulur.
Bu tədbir çərçivəsində həmçinin Azərbaycan qiymətli kağızlar bazarında klirinq və hesablaşmaların beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə bankların klirinq təşkilatının üzvü qismində iştirakı və beləliklə də hesablaşma agenti modelinin tətbiqi üzrə Azərbaycan Mərkəzi Bankı, Milli Depozit Mərkəzi, agent bank qismində çıxış edəcək banklar və investisiya şirkətləri arasında kollektiv sazişin imzalanması nəzərdə tutulur.