Dövlət büdcəsinin Salyan rayonu üzrə yerli gəlir və xərclərindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinin yoxlanılması zamanı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin keçmiş Salyan Rayon Mədəniyyət və Turizm Şöbəsinin, dövlət büdcəsindən ayrılan vəsaitin əsassız yerə xərclədiyi aşkar edilib.
ONA Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 01.04.15 - 01.01.17 tarixlərini əhatə edən yoxlama müddətində 310,45 min manatın əsassız yerə xərcləndiyi məlum olub.
İş Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.