• İQTİSADİYYAT

    10:51 19 mart 2019

Məhəmməd Xiyabani küçəsində yenidənqurma işləri başa çatıb

Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində aparılan yenidənqurma işləri sona çatıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ONA-ya verilən məlumata görə, sözügedən küçə Yeni Yasamal yaşayış massivinin əsas yollarından biri hesab olunur və bu ərazidə yaşayan vətəndaşların Bakı Dairəvi-1 avtomobil yoluna, həmçinin Abbas Mirzə Şərifzadə küçəsinə çıxışını təmin edir. Bu üzdən küçənin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 1,6 km, eni isə ortalama 16 metr olan Məhəmməd Xiyabani küçəsində aparılan yenidənqurma və bərpa işləri keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

Aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Bunun əvəzində yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsas yenidən bərpa edilib.

Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi də yenidən bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurularaq yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları dəyişdirilib, küçə boyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri yenidən qurulub, kənarlarına yeni səki daşları düzülüb.

Daha sonra texnoloji ardıcıllığa uyğun olaraq küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtyü döşənib. Asfaltlanma işləri ümumilikdə 25 min kv.m-dən artıq sahəni əhatə edib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR