• İQTİSADİYYAT

    12:51 5 mart 2019

Mənfəət neft və qaz satışından 10 milyard dollar vəsait daxil olub

Hasilatın Pay Bölgüsü haqqında sazişlərə uyğun olaraq, 2018-ci ildə Dövılət Neft Fonduna mənfəət neftinin və qazının satışı üzə daxilolmalar açıqlanıb.

ONA-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, Dövlət Neft Fondunun büdcəsinə 2018-ci ildə mənfəət neftinin və qazının satışından 16 milyard 645,6 milyon manat və yaxud 9 milyard 791,4 milyon dollar vəsait daxil olub. Hesabat ilində Azəri-Çıraq-Günəşli yatağında hasilatın həcmi 213,5 milyon barrel təşkil etməklə, proqnoza (204,4 milyon barrel) nisbətən 4,5 faiz artıq olub. Hasilatın və xam neftin satış qiymətinin proqnoza nisbətən yuxarı olması səbəbindən bu gəlir maddəsi büdcədə nəzərdə tutulana (13 milyard 307,4 milyon manat) nəzərən 125,1 faiz səviyyəsində icra olunub. Belə ki, Fondun 2018-ci ilin büdcəsində xam neftin ixrac qiyməti 55 dollar proqnozlaşdırıldığı halda il ərzində bir barrelin ortaçəkili satış qiyməti 71 dollar təşkil edib.

Azərbaycanın dənizdə və quruda yerləşən yataqlarının işlənməsi üzrə bağlanmış Hasilatın Pay Bölgüsü haqqında sazişlərə uyğun olaraq, 2018-ci ildə mənfəət neftinin və qazın satışı üzrə daxilolmalar aşağıdakı kimidir:

- Azəri-Çıraqlı-Günəşli yatağından hasil edilmiş mənfəət neftinin satışından – 9 milyard 474,9 milyon dollar

- “Şahdəniz” yatağı üzrə daxilolmalar – 245,4 milyon dollar

- “Kürovdağ neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və Hasilatın Pay Bölgüsü” haqqında Saziş üzrə – 7,4 milyon dollar

- Kürsəngi-Qarabağlı yatağının daxil olduğu blokun bərpası, işlənməsi vvə Hasilatın Pay Bölgüsü haqqında Sazişi üzrə – 6,7 milyon dollar

- Binəqədi, Qirmək, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və Haslatın Pay Bölgüsü haqqında Sazişi üzrə – 14,6 milyon dollar

- Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və Haslatın Pay Bölgüsü Shaqqında azişi üzrə – 4Ö97 milyon dollar

- Neftçala və Xıllı neft yataqlarının daxil olduğu blok üzrə – 2,2 milyon dollar

- Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və Haslatın Pay Bölgüsü haqqında Sazişi üzrə – 13,7 milyon dollar

- “Bahar” yatağının və Qumm-Dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Saziş üzrə karbohidroenlərin satışından – 1,25 milyon dollar

- Muradxanlı, Cəfərli, Zərdab yataqlarının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və Haslatın Pay Bölgüsü haqqında Saziş üzrə karbohidrogenlərin satışından 0,26 milyon dollar

- Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Saziş üzrə – 20 milyon dollar.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR