• İQTİSADİYYAT

    12:10 19 iyun 2019

Mərkəz rəhbəri: “Prezidentin imzaladığı inqilabi sosial paket 2 milyona yaxın insanı əhatə edir”                                               

Maaş artımları üçün sentyabrın 1-dən dövlət büdcəsindən 780 milyon manat vəsait ayrılacaq.

ONA-nın xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

V. Qasımlı bildirib ki, bu il ərzində aylıq minimum əməkhaqqı 180 manatdan 250 manata çatdırılıb: “Bu sahədə il ərzində iki dəfə artım olub. Ölkə Prezidentinin imzaladığı inqilabi sosial paket 2 milyona qədər insanı əhatə edir. Bunun maliyyə tutumu isə 1 milyard manata yaxındır. Bu da sosial vəziyyətin daha da yaxşılaşdırılması deməkdir”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR