• İQTİSADİYYAT

    10:41 19 aprel 2019

"Mərkəzi Azəri" platforması profilaktik işlərlə əlaqədar fəaliyyətini dayandırıb

Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarının operatoru BP şirkəti "Mərkəzi Azəri" platformasını planlaşdırılmış profilaktik işlərin aparılması üçün dayandırıb. ONA-nın məluçatına görə, bunu”BP-Azerbaijan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı bildirib.

Onun sözlərinə görə, platformanın işi aprel ayının 15-də dayandırılıb. Təmir işləri iki həftə ərzində aparılacaq.

Bundan başqa, "Qərbi Çıraq" platformasında profilaktik işlərin aparılması ilə əlaqədar oktyabrın 15-də sözügedən platormanın da fəaliyyəti dayandırılacaq. Profilaktik işlər iki həftə davam edəcək.

Qeyd edək ki, “Mərkəzi Azəri” platforması “Azəri” yatağında quraşdırılmış üç platformadan biri olmaqla, AÇG-nin 1-ci mərhələsində istismara verilib. Platformanın tikintisi 2004-cü ildə tamamlanıb.

“Qərbi Çıraq” platforması mövcud “Çıraq” və “Dərinsulu Günəşli” platformaları arasında suyun 170 metr dərinliyində quraşdırılıb. Platformanın layihələndirilmiş hasilat gücü gündə 183 bareldir. Onun qaz ixrac gücü gün ərzində 285 milyon standart kubfutdur.

Emil

Teqlər:

SON XƏBƏRLƏR