• İQTİSADİYYAT

    12:15 26 dekabr 2020

Mərkəzi Bank ölkədə valyuta satışı üzrə “qara bazar”ın fəaliyyət göstərməsi barədə məlumatlara cavab verib

Ölkədə valyuta satışı üzrə “qara bazar”ın fəaliyyət göstərməsi ilə bağlı ictimaiyyətdə yayılan yanlış firkilərə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı qanunvericiliklə nəzərdə tutulmuş qaydada valyuta mübadiləsi fəaliyyəti üzrə lisenziyaya malik olan banklar və valyuta mübadiləsi məntəqələri üzərində nəzarəti həyata keçirir.

ONA xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilir. Qeyd olunub ki, müvafiq lisenziya olmadan valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi qanunvericiliyin tələblərinə ziddir və bu fəaliyyətin qarşısının alınması səlahiyyətli orqanlar tərəfindən təmin edilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR